25.02.2019 16:48
767


İngiltərə Premyer Liqasının 27-ci turu "Mançester Yunayted"in qapıçısı David De Xeya üçün əlamətdar olub. Cempion.az xəbər verir ki, ispaniyalı çərçivə qoruyucusu "Liverpul"la qarşılaşmada qapısını toxunulmaz saxlayaraq Premyer Liqada tarixində 100 quru oyun keçirmiş qapıçı oldu. De Xeya bu göstəricidə əfsanəvi qapıçı Peter Şmeyxelə çatdı.