26.02.2019 17:18
528

"Neftçi"nin futbolçusu Elvin Sərkərov Latviya klubuna transfer olunub. Cempion.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi Latviyanın "Dauqavpils” klubu ilə müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə, Elvin Sərkərov başqa bir kluba transfer olunarsa, gəlirin böyük hissəsi "Neftçi"yə ödəniləcək. Bundan əlavə, U-21 milli komandamızın üzvü Azərbaycana qayıdacağı halda ilk seçimini "Neftçi” üzərində edəcək. Qeyd edək ki, Sərkərov bu mövsüm 6 oyunda meydana çıxıb.