27.02.2019 16:49
472


"Yuventus" Ronaldonun ardından "Real Madrid"in daha bir futbolçusunu transfer edəcək. Cempion.az xəbər verir ki, "qoca sinyora" yay transfer pəncərəsində madridlilərin braziliyalı ulduz futbolçusu Marselonu heyətinə qatacaq. Təcrübəli müdafiçi də bu keçidə razılığını bildirib. Klublar arasında böyük bir problem çıxmayacağı təqdirdə Marselo gələn mövsümdən "Yuventus"un uğurları üçün tər tökəcək.