28.02.2019 10:17
379


Türkiyənin "Fənərbağça" klubu yay transfer dönəmində hücum xəttindəki problemləri aradan qaldırmaq üçün indidən transfer görüşmələrinə başlayıb. Klub rəsmiləri "Çlesi"də çıxış edən fransalı hücumçu Olvier Jirunun meneceri ilə danışıqlara başlayıb. Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, maddi mövzularda razılıq əldə olunacağı təqdirdə Jiru gələn mövsümdən "Fənərbağça"nın heyətində çıxış edə bilər. Qeyd edək ki, fransalı hücumçunun "Çelsi"də əsas heyətə düşməkdə çətinlik çəkməsi bu keçidin reallaşmasında ən vacib amillərdən biri kimi göstərilir.