28.02.2019 14:23
526


İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində "Liverpul" öz meydanında "Uotford"u 5-0 hesabı ilə darmadağın edib. Cempion.az xəbər verir ki, oyunda ən diqqət çəkən statistika "qırmızılar"ın və dünyanın ən bahalı müdafiəçisi Virgil van Daykın olub. Hollandiyalı müdafiəçinin statistikalarını sizə təqdim edirik.
Hava mübarizəsinin qalibi 100%
Dəqiq ötürmə 90%
Topa sahib olma 84 dəfə
Təhlükəli vəziyyətdən xilas etmə 9 dəfə
Qapıya zərbə 2 dəfə
Qol 2