cümə axşamı, 10 iyul 2025

DÜNYA FUTBOLU

Avroliqanın final biletləri satışa çıxarılır - Ən ucuz bilet 30 avrodur

28.02.2019 17:00 Oxundu 1133

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu üçün nəzərdə tutulan 64 000 biletdən 37 500 ədədi martın 7-dən ümumi satışa buraxılacaq. 
Qeydiyyatdan keçmək üçün www.finalbaku2019.az/ticketing linkinə daxil olmaq, UEFA-nın rəsmi saytına kəçərək şəxsi bilet hesabını yaratmaq lazımdır. Biletlər bir neçə kateqoriyada təqdim olunur. Cempion.az sizi biletlərin qiyməti ilə tanış edir
I kateqoriya - 140 avro 
II kateqoriya - 90 avro 
III kateqoriya - 50 avro 
IV kateqoriya - 30 avro 
Qeyd edək ki, fiziki qüsurlu insanlar üçün nəzərdə tutulan biletlər dördüncü kateqoriyaya aid ediləcək və 30 avro dəyərində olacaq. Oyuna qədər onları müşayiət edən bir nəfər üçün bilet isə pulsuz veriləcək.
Bundan əlavə, gənclər üçün nəzərdə tutulan 400 paket (800 bilet) isə 60 avro dəyərində olacaq. Paketə biri böyük və digəri 14 yaşdan kiçik olmaqla, iki nəfər üçün 2 biletin satışı daxildir.