01.03.2019 10:25
442


UEFA "Real Madrid"in futbolçusu Serxio Ramosu cəzalandırıb. Cempion.az xəbər verir ki, buna səbəb futbolçunun Çempionlar Liqasının 1/8 final mərhələsində "Ayaks"la oyunda bilərəkdən sarı vərəqə alaraq növbəti oyunu buraxmaq üçün cəzalı duruma düşməsidir. UEFA bu davranışa görə təcrübəli müdafiəçiyə bir oyun əlavə cəza verib. Qeyd edək ki, Ramos “Ayaks”la cavab matçını və "Real Madrid" 1/4 final mərhələsinə keçəcəyi təqdirdə ilk oyununu da buraxacaq.