01.03.2019 11:48
595

Türkiyə Kubokunda sonuncu yarımfinalçının adına aydınlıq gəlib. Cempion.az xəbər verir ki, 1/4 final mərhələsində "Kasımpaşa"ya 2-1 qalib gələn turnirin son qalibi "Akhisarspor" adını yarım finala yazıdırb. Bununla da bütün yarımfinalçılar məlum olub. Yarımfinal görüşlərində "Qalatasaray" "Malatyaspor"la, "Akhisarspor" isə "Ümraniyəspor"la üz-üzə gələcək.