cümə axşamı, 10 iyul 2025

DÜNYA FUTBOLU

Çempionlar Liqasında ilk 1/4 finalçılar kimlər olacaq?

05.03.2019 09:55 Oxundu 480

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları baş tutacaq. Cempion.az xəbər verir ki, 1/4 finala yüksələn ilk iki komanda məlum olacaq. İlk görüşdə 2-1 hesablı qələbə qazanan "Real Madrid" Santiaqo Brenabeuda "Ayaks"ı qəbul edəcək. İngiltərədə növbəti mərhələni 3-0 hesablı qələbə ilə demək olar ki, təmin edən "Tottenhem" Almaniyada "Borussiya Dortmund"un qonağı olacaq. Oyunlar Bakı vaxtı ilə 00:00-da başlayacaq.