05.03.2019 10:53
519


Rusiya Premyer Liqasında 18-ci turun rəmzi komandası açıqlanıb. Cempion.az qol.az-a istinadən xəbər verir ki,11-likdə millimizin üzvü Ramil Şeydayev də yer alıb. Moskva "Lokomotiv"i ilə səfər matçında (2:2) komandasını məğlubiyyətdən xilas edən hücumçu 52 faizlik uğurlu reytinqlə turun ən yaxşı iki hücumçusundan biri olub. Rusiya mətbuatı turun rəmzi 11-liyi xəbərinə "Şeydayev və Corceviç "Zenit"dəki vaxtlarını xatırladır" başlığını verib.
