cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Antonio Konte Türkiyə klubunun baş məşqçisi ola bilər

05.03.2019 11:54 Oxundu 443

Türkiyənin "Beşiktaş" klubu növbəti mövsümə yeni baş məşqçi ilə başlayacaq. Cempion.az xəbər verir ki, İstanbul təmsilçisinin ilk namizədi italiyalı mütəxəssis Antonio Kontedir. "Beşiktaş" rəhbərliyinin artıq Konte ilə danışıqlara başladığı bildirilir. Maddi mövzularda razılıq əldə olunacağı təqdirdə "Beşiktaş" 2019-2020-ci il mövsümündən etibarən Kontenin rəhbərliyi altında olacaq. Qeyd edək ki, "qara qartallar"ın hazırki baş məşqçisi Şenol Güneş Türkiyə milli komandaı ilə müqavilə imzaladığına görə mövsümün sonunda komandadan ayrılacaq.