çərşənbə axşamı, 23 aprel 2024

BİZİM FUTBOL

AFFA “Neftçi”ni cərimələdi

05.03.2019 14:16 Oxundu 486

AFFA-nın intizam komitəsinin növbəti iclası keçirilib. Cempion.az sizi intizam komitəsinin qərarları ilə tanış edir.
2 mart 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XIX turunun “Neftçi” – “Sabah” matçında  “Neftçi” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40). Oyunun 84-cü dəqiqəsində “Neftçi” klubunun 21 №-li futbolçusu Məhəmməd Mirzəbəyov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).  28 fevral 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XVII turunun “Qarabağ-2” – “Sumqayıt-2” matçında “Sumqayıt-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
1 mart 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XVII turunun “Ağsu” – “Səbail-2” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
Oyunun 36-cı dəqiqəsində “Ağsu” klubunun 3 №-li futbolçusu Fərrux Rəhimov  hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur (maddə 42.3).
Oyunun 38-ci dəqiqəsində “Ağsu” klubunun 6 №-li futbolçusu Sahib Lümşüdov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur  (maddə 38.1).
“Səbail-2” klubu matçın protokolunu vaxtında təqdim etmədiyinə görə 80 manat cərimə olunur (maddə 55).
“Ağsu” klubu matçın təhlükəsizliyini tam təmin etmədiyinə görə klub 400 manat cərimə olunur (maddə 50.1).
28 fevral 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XVII turunun “Qaradağ Lökbatan” – “Kəpəz” matçının ikinci hissəsi “Qaradağ Lökbatan” klubuna görə oyun 3 dəqiqə gec başlayıb. Buna görə “Qaradağ Lökbatan” klubu 240 manat cərimə olunur (maddə 53.3).
28 fevral 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XVII turunun MOİK – “Şüvəlan” matçında “Şüvəlan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
28 fevral 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XVII turunun “Keşlə-2” – “Sabah-2” matçının 85-ci dəqiqəsində “Sabah-2” klubunun 69 №-li futbolçusu Zeynalov Tahir kobud oyuna görə bir başa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1).        
Oyunun 90+6-ci dəqiqəsində “Keşlə-2” klubunun 44 №-li futbolçusu Vüqar Həsənov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur  (maddə 38.1).
1 mart 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XVII turunun “Zaqatala” – “Turan Tovuz” matçında “Turan Tovuz” və “Zaqatala” klublarının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur  (maddə 40).
Oyunun 90+5-ci dəqiqəsində “Turan Tovuz” klubunun 13 №-li futbolçusu Emin Bağırov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
4 mart 2019-cu il, 2018/2019 mövsümündə, Azərbaycan I divizionun XV turunun təxirə salınmış oyunu olan “Qarabağ-2” – “Zirə-2” matçının 78-ci dəqiqəsində “Qarabağ-2” klubunun 33 №-li futbolçusu Hüseyn Novruzov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
23 fevral 2019-cu il, Region Liqasının “Astara” – “Alyans” (Masallı) matçınında “Alyans” komandası iştirak etmədiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
İntizam Komitəasinə daxil olan əlavə məlumatlara əsaslanaraq İntizam Komitəsi 26 fevral 24 N-li protokolunun 12-ci maddəsinə aşağıdakı düzəlişləri edir.
23 fevral 2019-cu il tarixində Region Liqasında keçirilən “Ağsu Siti” – “Gənclik” (Sabirabad) oyununda qonaqların heyətində 7 N-li futbolçu Amid Zeynalov qarşılaşmanın 58-ci dəqiqəsində hakimi təhqir edib, qırmızı vərəqə ilə cəzalandıqdan sonra hakimə qarşı fiziki güc tətbiq etdiyinə görə 10 oyun cəzalanır (maddə 38.7) (maddə 35).
Həmin komandanın heyətində 11 N-li oyunçu Elmar İsgəndərov matçın 90-cı dəqiqəsində hakimi təhqir edib qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı zaman hakimə qarşı fiziki güc tətbiq etməyə cəhd etdiyi üçün 5 oyun cəzalandırılır (maddə 38.6) (maddə 35).
27 fevral 2019-cu il, Gənclər Liqasının, “Sumqayıt”  – “Səbail” matçının 27-ci dəqiqəsində “Səbail” klubunun 7 №-li futbolçusu Xəyal Bədirov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).
Oyunun 63-cü dəqiqəsində “Səbail” klubunun 9 №-li futbolçusu Bayram Vəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
27 fevral 2019-cu il, Gənclər Liqasının “Qarabağ” – “Zirə” matçının 55-ci dəqiqəsində “Zirə” klubunun 6 №-li futbolçusu Mikayıl Kərimli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
2 mart 2019-cu il, Bakcell U-17 Liqasının “Neftçi” İK İB – “Tufan” matçının 55-ci dəqiqəsində “Tufan” klubunun 1 №-li futbolçusu Murad Əhmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
3 mart 2019-cu il, Bakcell U-17 Liqasının “Zirə” – “Səbail” matçının 44-cü dəqiqəsində “Səbail” klubunun 3 №-li futbolçusu Rəhman Mahmudov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oyunun 85-ci dəqiqəsində “Zirə” klubunun 22 №-li futbolçusu Rüstəm Rüstəmov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
2 mart 2019-cu il, Bakcell U-17 Liqasının “Qəbələ” – “Sumqayıt” matçının 36-cı dəqiqəsində “Qəbələ” klubunun 4 №-li futbolçusu Nemət Şıxəmirov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır a(maddə 48).
3 mart 2019-cu il, Bakcell U-17  Liqasının “Neftçi” PFK – “Qarabağ” matçının 87-ci dəqiqəsində “Neftçi” klubunun 20 №-li futbolçusu Mahir Həsənov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 42.3).
27 fevral 2019-cu il, U-16 Liqasının “Zirə” – “Turan” matçının 23-cü dəqiqəsində “Turan” klubunun 4 №-li futbolçusu Rufan Tomuyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
28 fevral 2019-cu il, U-16 Liqasının “Gəncə” TİM – “Keşlə” matçının 80-cı dəqiqəsində “Keşlə” klubunun 20 №-li futbolçusu Nihad Məmmədov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.2).
2 mart 2019-cu il, Boulevard U-15 Liqasının “Neftçi” PFK – “Qarabağ” matçında “Qarabağ” klubunun 9 №-li futbolçusu Süleyman Süleymanov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır  (maddə 37.1).
2 mart 2019-cu il, Boulevard U-15 Liqasının “Xilə” – “Zirə” matçının 68-ci dəqiqəsində “Zirə” klubunun 3 №-li futbolçusu Hüseyn Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
2 mart 2019-cu il, U-11 Liqasının “Leon” – “Polad” matçında “Leon” klubunun heyətində protokolda adı olmayan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
2 mart 2019-cu il, U-13 Qızlar Liqasının “Bakınka” (Bakı) – “Sumqayıt” matçında “Sumqayıt” komandası iştirak etmədiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
2 mart 2019-cu il, Yüksək Qızlar Liqasının “Zaqatala” PFK – “Veqa”  matçının 61-ci dəqiqəsində “Zaqatala” klubunun 10 №-li futbolçusu Günel Ramazanova ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
2 mart 2019-cu il, futzal üzrə Azərbaycan Birinci Liqasının “Sabunçu”  – “Green Log” matçında “Sabunçu” komandası iştirak etmədiyinə görə  kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
2 mart 2019-cu il, futzal üzrə Azərbaycan Birinci Liqasının “Sovetski” – “Yasamal” MFK B  matçının 19-cu dəqiqəsində “Sovetski” klubunun 2 №-li futzalçısı Murad İsmayılovun aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 38.2).
Oyunun 19-cu dəqiqəsində “Yasamal” MFK B klubunun 9 №-li futzalçısı Eşqin Tağıyevin aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır  (maddə 38.2).
Oyunun 23-cü dəqiqəsində “Yasamal” MFK B klubunun 1 №-li futbolçusu İsmayıl Mirzəzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
3 mart 2019-cu il, futzal üzrə Azərbaycan İkinci Liqasının “Hövsan” – “Gənclik”   matçının 25-ci dəqiqəsində “Gənclik” klubunun 7 №-li futbolçusu Şəhriyar Mirzəzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
3 mart 2019-cu il, futzal üzrə Azərbaycan İkinci Liqasının “STAR karqo” – “Avanqart” matçının 30-cu dəqiqəsində “Avanqart” klubunun 11 №-li futzalçısı Ravin Əhmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).