cümə, 26 aprel 2024

BİZİM FUTBOL

"Sumqayıt" heyətə gənc futbolçular daxil edib

05.03.2019 18:00 Oxundu 618

Premyer Liqanın 20-ci turunda “Neftçi” ilə qarşılaşacaq olan “Sumqayıt” FK hazırlıqlara start verib.
Uzun müddətdir ki, zədəli olan müdafiəçi Şəhriyar Əliyev artıq komandaya qoşulub. Bundan başqa “Sumqayıt-2”-nin üzvləri İbrahim Əliyev və Səbuhi Abdullazadə əsas heyətlə hazırlığa cəlb olunub.
1.5 saat davam edən hazırlıq prosesi əsasən toplu çalışmalar və müxtəlif taktiki gedişlər üzərində qurulub. Məşqə ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” qarşılaşması 10 mart, saat 16:30-da “Kapital Bank Arena”da keçiriləcək.