2039
İspaniyanın "Barselona" futbol klubunun texniki direktoru Robert Fernandes komandasının gələcək transferləri barədə mətbuata açıqlama verib. Fernandes hazırda "Barselona"da sağ kənar yarımmüdafiəçisi rolunda Vidalın və Robertonun çıxış etdiklərini və bu sahədə transferə ehtiyac duyulmadığını bəyan edib. Texniki direktor Dinyanın transferinin isə mövcud vəziyyətdən irəli gəldiyini və buna ehtiyac olduğunu vurğulayıb. Robert Fernandes: "Hazırda daha çox hücum xəttini gücləndirmək barədə düşünürük. Biz "Barselona" üçün hücumçu axtarırıq. Əlbəttə, alacağımız hücumcu gənc, təcrübəli və perspektiv vəd edən oyunçu olmalıdır. Bununla bağlı yaxın günlərdə qəti qərar qəbul edəcəyik. Çünki komandamızın yaxın gələcək baxımından yeni hücumçuya ehtiyacı var. Eyni zamanda qapıçılarımız Bravo və Ter-Şteqeni də heyətimizdə saxlamaq niyyətindəyik. Bizim hər iki qapıçımız dünya səviyyəli hesab edilirlər. Hazırda onların transferi üçün qapımızı döyənlər var. lakin Ter-Şteqen və Bravonu hələ uzun müddət komandamızda saxlayacağıq", - deyib.
Yeri gəlmişkən onu da deyək ki, bir neçə gün əvvəl "Barselona"nın "Atletiko" Madridin hücumçusu Lusiano Vyettonun transferi üçün onun menecəri ilə danışıqlar apardığı barədə məlumatlar yayılıb.