cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Maykl Esyen "Səbaili"in düşərgəsində

05.03.2019 18:09 Oxundu 892

UEFA Avropa Liqasının bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşmasına hazırlıq kampaniyası çərçivəsində martın 3-də Bakıda təşkil olunmuş “Bakı 2019: Ulduzlar Finalı” adlı şou xarakterli oyunla əlaqədar ölkəmizə səfər edən ulduz futbolçulardan biri Maykl Esyen bu gün “Səbail”in qonağı olub.  M.Esyen “Bayıl Arena”da “Səbail” PFK-nın məşqçi və futbolçu heyəti ilə görüşüb, klubun Akademiyasının fəaliyyəti ilə tanış olub. Ulduz futbolçuya “Səbail”in forması hədiyyə olunub.