şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Çempionlar Liqasında ilk 1/4 finalçılar məlum oldu

06.03.2019 09:19 Oxundu 499

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. Cempion.az xəbər verir ki, 1/4 finala yüksələn ilk iki komanda müəyyənləşib. İlk görüşdə “Ayaks”a  1-2 hesabı ilə qalib gələn "Real Madrid" doğma meydanda keçirilən cavab qarşılaşmasında Hollandiya təmsilçisinə  böyük hesabla məğlub olub 1-4. İki oyunun nəticəsinə əsasən "Ayaks" 1/4 finala yüksəlib. 1/8 final mərhələsinin digər cavab qarşılaşması Almaniyada baş tutub. Birinci oyunda rəqibi "Borussiya Dortmund"u 3-0 hesabı ilə məğlub edən "Tottenhem" ikinci qarşılaşmada da rəqibi məyus edib 0-1. Bu qələbədən sonra "Tottenhem" adı 1/4 final mərhələsinə yazdırıb.