cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

"Ayaks"ın baş məşqçisi: "Çempionlar Liqasında rəqiblər güclüdür, "Real Madrid" də belələrindən idi"

06.03.2019 11:19 Oxundu 594

“Mükəmməl nəticə əldə etdik. İki oyundan sonra mərhələ adlamağa layiq idik. Bu gecə komandamın oyunu çox xoşuma gəldi”. 
Cempion.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Ayaks”ın baş məşqçisi Erik ten Haq Çempionlar Liqasının 1/8 finalının “Real”la cavab oyunundan (4:1) sonra UEFA-nın saytına açıqlamasında  deyib. "Unutmayaq ki, mübarizəyə təsnifat mərhələsindən başlamışıq. Ancaq hələ də üç cəbhədə mübarizə aparırıq və hər birində titul qazanmaq istəyirik. Növbəti rəqibi seçmək üçün əlimdən nəsə gəlmir. Buna görə də püşklə bağlı nəsə danışmayacağam. Hər biri böyük klubdur. Ancaq “Real” da belələrindən idi”. Xatırladaq ki, öz meydanında “Real”a 1:2 heabı ilə uduzan “Ayaks” Madriddəki görüşdə 4:1 hesabı ilə qalib gələrək mərhələni adlayıb.