şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Yap Stam baş məşqçi oldu

06.03.2019 12:02 Oxundu 770


"Feyenoord"un yeni baş məşqçisi müəyyənləşib. Cempion.az matc.az-a istinadən xəbər verir ki, gələn mövsümdən komandanı Yap Stam çalışdıracaq. Covanni van Bronkhorst mövsümün sonunda postundan ayrılacağını açıqladığından, Rotterdam təmsilçisi yeni çalışdırıcı axtarışına çıxmışdı. Rəhbərliyin Dik Advokatla anlaşması gözlənilirdi. Lakin "Feyenoord" hazırda "Zvolle"ni çalışdıran Yap Stamla ortaq məxrəcə gəlib. 47 yaşlı mütəxəssis yeni komandası ilə 2 illik müqavilə imzalayıb və iyulun 1-dən etibarən bu sözləşmə qüvvəyə minəcək. Qeyd edək ki, "Feyenoord" Hollandiya çempionatında 24 turdan sonra 3-cü pillədə qərarlaşıb.