cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Ansi Aqolli "Qarabağ"dan ayrılır?

06.03.2019 12:52 Oxundu 846


ABŞ-ın "Nyu-York Kosmos" klubu "Qarabağ"ın futbolçusu Ansi Aqolliyə təklif göndərib.
 Tərəflər arasında transferlə bağlı artıq 10 gündən çoxdur danışıqlar aparılır.  Əgər danışıqlar müsbət nəticələnsə, 36 yaşlı alban müdafiəçi elə bu ay Ağdam klubunu tərk edəcək (ABŞ-da transfer pəncərəsi martın sonu başa çatır). Qeyd edək ki, Aqollinin "Qarabağ"la müqaviləsi  mövsümün sonu başa çatır. Əlavə edək ki, əfsanəvi Pelenin fəxri prezidenti olduğu "Nyu-York Kosmos"  Şimali Amerika Futbol Liqasında (səviyyəsinə görə ikinci liqa) çıxış edir. Xatırladaq ki, A.Aqolli  2011-ci ildən "Qarabağ"da oynayır. (Qol.az)