cümə axşamı, 10 iyul 2025

DÜNYA FUTBOLU

"Qalatasaray" braziliyalı futbolçunu heyətinə qatacaq

07.03.2019 10:56 Oxundu 425

Türkiyənin "Qalatasaray" klubu yay transfer pəncərəsində heyətinə yeni futbolçu qatacaq. Cempion.az xəbər verir ki, "cimbom" "Sivasspor"da çıxış edən braziliyalı müdafiəçi Duqlas Pereira ilə hər mövzuda razılıq əldə edib. Braziliyalı futbolçu yeni mövsümdən etibarən "sarı qırmızılı" formanı geyinəcək. Qeyd edək ki, braziliyalı cinah müdafiəçisi karyerası ərzində "Barselona" və "Benfika" kimi klubların şərəfini qoruyub.