cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Əliyar Ağayev Superliqanın oyununu idarə edəcək

07.03.2019 13:25 Oxundu 939

Azərbaycanlı hakim Əliyar Ağayev Yunanıstan çempionatına təyinat alıb.  
Bu barədə məlumatı Yunanıstan mətbuatı yayıb. FİFA referisi Superliqanın 24-cü turunda keçiriləcək PAOK - "Atromitos" matçını idarə edəcək. Ona Akif Əmirəli və Rza Məmmədov kömək edəcək. Martın 10-da Salonikidəki "Tumba" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:15-də başlayacaq. PAOK hazırda Superliqada 1-ci, "Atromitos" isə 3-cü pillədə qərarlaşdığından bu matç turun mərkəzi görüşü hesab olunur. Qeyd edək ki, Superliqaya əcnəbi hakimin təyinat almasını "Atromitos" istəyib. Yerli hakimlərin idarəçiliyindən narazı olan klub oyunlarını xarici referinin idarə etməsini tələb edib. Yerli futbol federasiyası isə bu tələbi yerinə yetirib.(Qol.az)