cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

UEFA Neymarı cəzalandıracaq

07.03.2019 14:17 Oxundu 552

Fransanın PSJ komandasının braziliyalı hücumçusu Neymar Çempionlar Liqasının 1/8 final matçı çərçivəsində keçirələn PSJ-"Mançestr Yunayted" oyununu idarə edən hakimlərin ünvana xoşagəlməz ifadələr işlətdiyi üçün diskvalikasiya ilə qarşılaşa bilər. Bu barədə "sport.es" saytı xəbər yayıb.  Mənbənin məlumatına görə, yaxın günlərdə UEFA Neymarın 3 oyunda iştirak etməkdən məhrum  edilməsi barədə qərar çıxaracaq. Buna səbəb brazilyalı hücumçunun oyunun hakimlərini tənqid edtməsidir: "Bu ayıbdır, bu səviyyədə oyuna təyin edilən 4 hakimin futboldan başkarı çıxmır, onlar hətta  epizodların ləngidilmiş təkrarına baxmaqla da qərar verə bilmirlər". Bu sözləri Neymar sosial şəbəkədə yazıb. O bundan başqa hakimlərin ünvanına etikadan kənar sözlər də işlədib.