cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Azərbaycanda klub prezidenti özünü öldürmək istəyən məşqçi ilə görüşdü

07.03.2019 14:24 Oxundu 481


"Şəmkir" və "Karvan" kimi klublarda işləmiş Zakir Mahmudovun çağırışına ilk səs verən "Sumqayıt" klubu olub. Cempion.az matc.az-a istinadən xəbər veir ki, borc içində yaşayan və hətta özünü asacağını bildirən Mahmudovun durumu ilə "kimyaçılar"ın prezidenti Riad Rəfiyev şəxsən maraqlanıb. Belə ki, Rəfiyev klubun vitse-prezidenti Vaqif Ömərovla birlikdə sumqayıtlı mütəxəssislə görüşüb. Görüş zamanı klub rəhbərləri onun problemləri ilə maraqlanıb və tezliklə Zakir Mahmudova köməklik olunacağına söz veriblər. Qeyd edək ki, "Şəmkir” çempionluqları sıralayarkən Zakir Mahmudov Ağasəlim Mircavadovun köməkçisi olub. "Karvan” UEFA kubokunda mərhələ adlayarkən isə Mahmudov klubda məşqçi kimi çalışıb.