çərşənbə axşamı, 23 aprel 2024

GÜLƏŞ

Yığmamız Avropa çempionatına Mahaçqalada hazılaşır

07.03.2019 14:37 Oxundu 829

Sərbəst güləş üzrə yığmamız ölkə xaricində növbəti təlim-məşq toplanışına start verib. Millimiz apreldə Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi ilə növbəti dəfə Dağıstanın paytaxtı Mahaçqalaya yollanıb. Bu barədə güləş federasiyasının rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında 20 güləşçidən ibarət heyət qonşu ölkədə fiziki, taktiki-texniki hazırlıq üzərində çalışacaq. Martın 5-dən start götürən toplanış martın 19-dək davam edəcək.