cümə, 29 mart 2024

VOLEYBOL

Azərbaycanda hakimlər maaşlarını ala bilmədikləri üçün çempionatı boykot ediblər

08.03.2019 10:35 Oxundu 493


Azərbaycan voleybolunda biabırçı hadisə baş verib.
 Cempion.az yenicag.az-a istinadən xəbər verir ki, ölkə çempionatı çərçivəsində keçirilən “Lokomotiv” – U-19 matçı peşəkar hakimlər olmadan keçirilib. Belə ki, hakimlər maaşlarını ala bilmədikləri üçün çempionatı boykot ediblər. Bu səbəbdən qarşılaşmanı “Lokomotiv”in məşqçisi idarə edib. Oyunun xətt hakimləri isə ümumiyyətlə olmayıb. Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasının prezidenti “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovdur. O, bu posta 2016-cı ilin oktyabrında seçilib.