cümə axşamı, 10 iyul 2025

BİZİM FUTBOL

“Arsenal” Azərbaycana qarşı təxribata görə cəzalandırıldı - VİDEO

09.03.2019 09:54 Oxundu 702


İngiltərənin “Arsenal” klubu UEFA tərəfindən 15 min avro cərimələnib.

Səbəb dekabrda UEFA Avropa Liqasının “Qarabağ”la oyununun gec başlaması və meydana kənar şəxsin girməsi olub.

Həmin şəxs qondarma "Dağlıq Qarabağ" bayrağı ilə stadiona girməklə təxribata yol verib ki, bu da UEFA-nın meydan sahibi London klubunu cəzalandırması ilə nəticələnib.

Qeyd edək ki, həmin matçda “Arsenal” 1:0 qalib gəlib.


(Oxu.az)