cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

Emil Balayev ən yaxşılar arasında

11.03.2019 13:28 Oxundu 773


"Tobol" klubunda ilk turun ən yaxşıları müəyyənləşib. "İrtış"la qarşılaşmanın ən yaxşı 3 oyunçusunun adı açıqlanıb. Bunlar Azat Nurqaliyev, Nika Kvekveskiri və yeni transfer Emil Balayevdi. Azərbaycan millisinin qapıçısı Emil Balayevin şərəfini qoruduğu "Tobol" klubunda ilk turun ən yaxşıları müəyyənləşib. Cempion.az matc.az-a istinadən xəbər verir ki, klubun rəsmi saytı "İrtış"la qarşılaşmanın ən yaxşı 3 oyunçusunun adını açıqlayıb. Bunlar Azat Nurqaliyev, Nika Kvekveskiri və yeni transfer Emil Balayevdi. "InStat"ın təhlilinə əsasən, rəqibin 15 zərbəsindən çərçivəyə ünvanlanan 5 topuna düzgün reaksiya göstərən yığmamızın qolkiperi üçüncü olub. Onun indeksi 268-di. Ən yaxşı statistik göstəriciyə Nurqaliyev malikdi. Sabiq "İnter" və "Qəbələ"li Kvekveskiri isə ikinci olub. Qeyd edək ki, "İrtış"ın 3:0 hesabı ilə qalib gəldiyi görüşdə Azat Nurqaliyev dubla imza atıb, Nika Kvekveskiri isə 1 assistlə yadda qalıb.