cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Əliyarın idarə etdiyi oyunda 2 penalti, 3 qol, 1 "qırmızı" - Video

11.03.2019 13:59 Oxundu 603

Əliyar Ağayevin idarə etdiyi Yunanıstan Superliqasının 24-cü turunun PAOK - "Atromitos" oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Ötən mövsüm icarə əsasında "Qarabağ"da çıxış etmiş Pedro Enrikenin 63 dəqiqə oynadığı matçda FİFA referimiz qonaqların qapısına 2 dəfə penalti təyin edib. O, əvvəlcə görüşün 15-ci, daha sonra isə 45+2-ci dəqiqəsində bəyaz nöqtəni göstərib. İlk penaltini boşa verən meydan sahibləri ikincini qola çevirə biliblər. Oyun ərzində əlini 5 dəfə cibinə atan Ağayev PAOK-dan yeganə sarı vərəqəni Pedroya göstərib.  "Atromitos"dan isə 2 futbolçunu "sarı", birini isə 2-ci "sarı"dan sonra qırmızı vərəqə ilə cəzalandırıb. (Qol.az)