cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Çempionlar Liqasının qalibi baş məşqçi karyerasını başa vurduğunu açıqlayıb

11.03.2019 14:43 Oxundu 520


Futbol üzrə Hollandiya milli komandasının sabiq baş məşqçisi Lui van Qal karyerasını başa vurduğunu açıqlayıb. 68 yaşlı mütəxəssis bu addımı həyat yoldaşına görə atdığını bildirib. Onun sözlərinə görə, həyat yoldaşı 22 il öncə onunla birlikdə olmaq üçün işindən ayrılıb: "Həmin vaxt xanımıma 55 yaşımda təqaüdə çıxacağımı demişdim. İndi isə yaşım 65-dən çoxdur, davam edə bilmirəm. Oyunçular kimi həyat yoldaşımın da Lui van Qalla yaşamaq haqqı var. Onun çox xoşbəxt olduğunu deyə bilərəm". Qeyd edək ki, Lui van Qal karyerası ərzində İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Barselona", Hollandiyanın "Ayaks" və AZ komandalarına da rəhbərlik edib. O baş məşqçi kimi AZ ilə bir, "Ayaks"la üç dəfə Hollandiya çempionu olub. Hollandiyalı mütəxəssis İspaniya "Barselona"sı ilə iki, Almaniya "Bavariya"sı ilə isə bir dəfə eyni sevinci yaşayıb. Van Qal "Ayaks"da baş məşqçi olduğu vaxt - 1994-1995 mövsümündə Çempion Liqasını qazanıb. (Report)