şənbə, 20 aprel 2024

DİGƏR NÖVLƏR

Makqreqor həbsdən azad edildi - YENİLƏNİB

12.03.2019 12:39 Oxundu 756

İrlandiyalı qarışıq üslublu döyüşçü (MMA) Konor Makqreqor 12,5 min dollar həcmində girov qarşılığında azad edilib. Cempion.az TASS agentliyinə istinadla xəbər verir ki, idmançı fanata hücum etdikdən sonra həbs olunmuşdu. K.Makqreqor bazar ertəsi axşamı Mayami-Biçdə oteldən  LIV gecə klubuna tərəf yola düşərkən onunla şəkil çəkdirmək istəyən fanatı ilə görüşüb. İrlandiyalı pərəstişkarının əlindən telefonu alaraq sındırıb və qurğunu özüylə götürərək yoluna davam edib. Polisin məlumatına əsasən, zərərçəkmiş telefonun qiymətini min dollar həcmində qiymətləndirib. Polis K. Makqreqoru evində taparaq Mayami-Deyd həbsxanasına yerləşdirib.


10:24***
İrlandiyalı döyüşçü Konor Makqreqor ABŞ-ın Mayami şəhərində polis tərəfindən saxanılıb.

O, dələduzluq və xuliqanlıqda ittiham olunur.

Məlumata görə, Makreqorun fanatlarından biri hotelin yaxınlığında onun şəklini çəkmək istəyib. Lakin irlandiyalı idmançı fanatın əlindən telefonu alaraq qırıb və özü ilə aparıb.

Polisə şikayət əsasında Makqreqor saxlanılıb.(qafqazinfo)