cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Pep Qvardiola: "Mən və komandam ÇL-nin qalibi olmaq istəyirik"

12.03.2019 14:41 Oxundu 449

Çempionlar Lİqasında 1/8 final mərhələsinin cavab qarşılaşmasında öncə "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola jurnalistlərə açıqlama verib. Cempion.az xəbər verir ki, klub olaraq Çempionlar Liqası təcrübələrinin az olmasını vurğulayan Qvardiola: "Çempionlar Liqasının qalibi olsaq bu bizim üçün vacib bir dəyişikilik sayılmaz. Çünki bizim rəqiblərimizin bu turnirdə 30-40 illik təcrübələri var. Çempionlar Liqsında təcrübə çox vacibdir. Bu söylədiklərimi bəhna deyil. Mən və komandam ÇL-nin qalibi olmaq istəyirik. Bunun üçün əlimizdən gələn hər şeyi etməliyik. İndidən xəyal qurmaq heç nəyi dəyişdirməz. Oyunumuzla hər şeyi sübut edib çempion olmalıyıq ki, danışığımızın bir mənası olsun. Nəzərə almaq lazımdır ki, bu turnirdə ən yaxşı komandalarla oynayırıq. Onlar da hər halda bizim kimi çempion olmaq istəyirlər".