şənbə, 27 aprel 2024

BİZİM FUTBOL

Nikola Yurçeviç millimizin legioner həyatı yaşan üzvlərindən kimlərə dəvət göndərib?

13.03.2019 11:43 Oxundu 579


Azərbaycan millisinin yeni baş məşqçisi Nikola Yurçeviç milli komandanın legioner həyatı yaşan bəzi üzvlərini millimizin heyətinə çağırıb. Cempion.az xəbər verir ki, milliyə dəvət olunun futbolçular arasında qapıçı Emil Balayev (Qazaxıstanın "Tobol"), hücumçular Dmitri Nazarov ("Aue", Almaniya), Rüfət Dadaşov ("Proyssen" Almaniya) və Ramil Şeydayevin ("Krılya Sovetov", Rusiya) yer alıb. Qeyd edək ki, Azərbaycan millisi martın 21-də AVRO-2020-nin seçmə mərhələsinin ilk turunda səfərdə Xorvatiya komandası ilə martın 25-də isə Bakıda Litva yığması ilə yoldaşlıq oyunu keçirəcək.