şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Kriştiano Ronaldo Çempionlar Liqasının ən yaxşısıdır

13.03.2019 12:25 Oxundu 797

Çempionlar Liqasının 1/8 final mərhələsinin "Atletiko Madrid"lə cavab qarşılaşması "Yuventus"un futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub. Cempion.az xəbər verir ki,"Yuventus"un 3-0 hesablı qələbəsində komandasının hər üç qolunun müəllifi olan portuqaliyalı hücumçü ÇL tarixində 8-ci "het-trik"ini edib. Bundan əlavə Ronaldo bu turnirdə ən çox qol vuran, öz meydanında ən çox qol vuran, səfər oyunlarında ən çox qol vuran, cərimə zərbəsi və penaltidən ən çox qol vuran, başla ən çox qol vuran futbolçu kimi Çempionlar Liqasının tarixinə düşüb.