çərşənbə, 09 iyul 2025

DÜNYA FUTBOLU

"Liverpul"dan Almaniyada möhtəşəm qələbə - VİDEO

14.03.2019 09:22 Oxundu 709

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab qarşılaşmalarının son oyunları keçirilib. Son oyun gününün mərkəzi qarşılaşması Almaniyada "Bayer Münhen"lə "Liverpul" arasında baş tutub. Cempion.az xəbər verir ki, özünü qonaq kimi aparmayan "Liverpul" rəqibini 1-3 hesabı ilə məğlub edərək iki oyunun nəticəsinə əsasən adını növbəti 1/4 final mərhələsinə yazdırıb. Qeyd edək ki, İngiltərədə baş tutan ilk matçda 0-0 hesabı qeydə alınıb.