cümə, 29 mart 2024

BİZİM FUTBOL

"Beşiktaş"da çıxış edən futbolçular U 21 millimizin heyətinə dəvət olundu

14.03.2019 12:12 Oxundu 530

Martın 16-dan 26-dək Bakıda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq. Cempion.az affa.az istinadən xəbər verir ki, toplanış zamanı U-21 martın 23-də "Səbail", 3 gün sonra isə MOİK-lə yoxlama oyunları keçirəcək. Hər iki görüş Bakı Olimpiya Stadionunun məşq meydanında keçiriləcək və saat 15:00-da başlayacaq. Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq.
Kamran İbrahimov ("Neftçi"), Şahin Zəkiyev, Murad Qayalı, Nurlan Quliyev (hamısı "Keşlə"), Murad Popov, Amin Seydiyev, Rövlan Muradov (hamısı "Qəbələ"), Turan Manafov ("Zaqatala"), Ricat Qarayev, Baxşəli Baxşaliyev, Süleyman Əhmədov (hamısı "Sumqayıt"), Hüseyin Seyliğli, Mətin Gülər (hər ikisi "Beşiktaş", Türkiyə), Faiq Hacıyev, Abbas Ağazadə, Əli Sadıxov (hamısı MOİK), Nihad Tamazov, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Nicat Süleymanov (hamısı "Qarabağ"), Ziya Əzizov ("Neymegen", Hollandiya), Tural Bayramlı ("Dauqavpils", Latviya), Ərziman Rizvanov ("Bohemians 1905", Çexiya), Fərid Nəbiyev ("Slaviya", Çexiya).