cümə, 19 aprel 2024

BİZİM FUTBOL

"Səbail" klubu Maykl Essyenlə danışıqlar aparır

14.03.2019 13:56 Oxundu 558


“Səbail” Futbol Klubu dünya şöhrətli Maykl Esyeni sıralarına qatmaq üçün danışıqlara başlayıb. Cempion.az klubun saytına istinadən xəbər verir ki, Qana millisinin heyətində 58 oyuna 9 qol vurmuş yarımmüdafiəçi hazırda azad agent statusuna malikdir. Peşəkar karyerasına Fransa “Bastia”sında başlayan Esyen ən çox oyuna İngiltərənin “Çelsi” klubunda çıxıb. Yarımmüdafiəçi “Çelsi” formasında 168 oyunda 19 qol vurub. O, “Real Madrid” və “Milan”ın da şərəfini qoruyub.