14.03.2019 15:36
1092
1092

"Real Madrid" Zinəddin Zidanın gəlişindən sonra ilk rəsmi transferini edib. Cempion.az klubun saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi "Porto"da forma geyinən 21 yaşlı braziliyalı futbolçu Eder Militao ilə 6 illik müqavilə imzalayıb. "Real Madrid" bu transfer üçün "Porto"ya 50 milyon avro ödəyib.