şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

"Çelsi" "Dinamo Kievi" darmadağın edib növbəti mərhələyə yüksəldi - VİDEO

15.03.2019 10:03 Oxundu 709

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab qarşılaşması çərçivəsində "Çelsi" səfərdə "Dinamo Kiev"in qonağı olub. Cempion.az xəbər verir ki, özünü qonaq kimi aparmayan "zadəganlar" rəqibi 0-5 hesabı ilə darmadağın edib. İki oyunun nəticəsinə əsasən "Çelsi" adını 1/4 final mərhələsinə yazdırıb. Qeyd edək ki, Londonda baş tutan ilk görüşdə "Çelsi" 3-0 hesabı ilə qalib gəlib.