cümə, 29 mart 2024

BİZİM FUTBOL

Ramil Şeydayev: "Musiqiyə qulaq asmıram"

15.03.2019 15:37 Oxundu 538


Millimizin və "Krılya Sovetov"un hücumçusu Ramil Şeydayevin 23 yaşı tamam olur. Bununla əlaqədra milli futbolçumuz "Krılya Sovetov"un "youtube" kanalına müsahibə verib. Cempion.az müsahibənin bir hissəsini sizə təqdim edir.

- Sonuncu dəfə kimə zəng vurmusunuz?

- Atama. Hər oyundan sonra ailəmlə əlaqə saxlayıram. Evdə 2 balaca bacım var. Onlarla da danışıram, məktəbdəki, baxçadakı vəziyyətləri ilə maraqlanıram.

- "WhatsApp"da son mesajınız nə olub?

- Dostlarımla "Yuventus" - "Atletiko Madrid" oyununu müzakirə etmişik.

- Hansı musiqiləri bəyənirsiniz?

- Son vaxtlar, ümumiyyətlə, musiqiyə qulaq asmıram. Axırıncı dəfə musiqiyə 2017-ci ildə qulaq asmışam.

- Futbol olmasaydı...

- Futbolu seçməsəydim, gələcəyimin necə olacağını biləzdim. Özümü boksda və ya basketbolda sınayardım.

- Sonuncu dəfə zəngli saatı neçəyə qurmusunuz?

- Zəngli saat mənə tez-tez lazım olur. Hər səhər saat 6-da yuxudan durub, namaz qılıram, sonra yatıram. Gündə 5 dəfə namaz qılıram.