15.03.2019 17:32
677
"Euro-2020"nin final mərhələsinin püşkatma mərasiminin yeri və vaxtı bilinib. Cempion.az UEFA-ya istinadən xəbər verir ki, püşkatma 2019-cu il noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdəki “National Arena”da keçiriləcək. Qeyd edək ki, Avro-2020-nin qrup mərhələsinin oyunlarından 3-ü, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda olacaq.