cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

"Sumqayıt" 1000 manat cəza aldı 

19.03.2019 17:05 Oxundu 443

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:

Topaz  Premyer Liqasının XXI turu
“Sabah” – “Sumqayıt” matçında  “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur. Oyunun 29-cu dəqiqəsində “Sabah” klubunun 9 №-li futbolçusu Marko Deviç ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
 “Zirə” – “Keşlə” matçında  “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

I divizionun XIX turu
“Neftçi-2” – “Sumqayıt-2” matçında “Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
“Qarabağ-2” – “Ağsu” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
“Zaqatala” – “Şüvəlan” matçında “Şüvəlan” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
“Qaradağ Lökbatan” – “Zirə” matçının 84-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 8 №-li futbolçusu Aqşin Muxtaroğlu ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
“Keşlə-2” – “Kəpəz” matçının ikinci hissəsi “Keşlə-2” komandası ucbatından 3 dəqiqə gec başladığı üçün klub 240 manat cərimə olunur.
MOİK – “Səbail-2” matçında MOİK komandasının xərək daşıyan uşaqlarının sayı əsanaməyə uyğun olmadığına görə klub 80 manat cərimə olunur.