25.03.2019 10:20
548


AÇ-2020-nin seçmə mərhələsinin G qrupunda baş tutan Polşa - Latviya qarşılaşmasını FİFA referimiz Əliyar Ağayev idarə edib. Cempion.az xəbər verir ki, Polşanın 2-0 hesablı qalib gəldiyi oyunda Əliyar Ağayev 5 futbolçuya sarı vərəqə göstərib. Sarı vərəqə alan oyunçular Polşadan Kşiştof Pyontek və Tomaş Kendzera, Latviyadan isə Kaspars Dubra, Vitali Maksimenko və Yanis İkauniyeks olub. Qeyd edək ki, bu oyunda Ə. Ağayevə Rza Məmmədov və Namiq Hüseynov kömək ediblər. Dördüncü hakim funksiyasını isə Rəhim Həsənov yerinə yetirib.