15.07.2016 17:11
2044
2044
Ukrayna yığmasının Avropa çempionatında uğursuz çıxışından sonra baş məşqçi Fomenko istefa vermişdi və onun yerinə ən çox məşhur futbolçu Andrey Şevçenkonun gətiriləcəyi gözlənilirdi. Elə də olub. Ukrayna Futbol Federasiyası rəsmi şəkildə Şevçenkonu yığma komandanın baş məşqçisi postuna təyin edib. Bu barədə məlumat verən Ukrayna Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Sergey Kunitsın Şevçenko ilə uğur qazana biləcəklərinə ümid etdiklərini söyləyib. Xatırlradaq ki, Şevçenko Avropa çempionatında iştirak edən Ukrayna yığmasının məşqçilər korpusunda yer almışdı. Hələ o vaxt Şevçenkonun Fomenkonu əvəz edə biləcəyi barədə məlumatlar dolaşırdı.