25.03.2019 14:58
462


Macarıstan millisinin baş məşqçisi Marko Rossi "EURO 2020" seçmə mərhələsini növbəti turu çərçivəsində Xorvatiya ilə görüşdən sonra jurnalistlərə açıqlama verib. Cempion.az xəbər verir ki, oyunu dəyərləndirdikdən sonra Azərbyacanla keçiriləcək qarşılaşmanın da vacib olduğunu bildirən Rossi: "Bu qələbə mənim üçün çox böyük uğurdur. Xorvatiya komandası da çox yaxşı təsir bağışladı. Güclü kollektivimiz var və yaxşı nəticələr əldə edə bilərik. Hal-hazırda Azərbaycanla oyunu fikirləşirik. Çünki həmin matçda Azərbaycanı məğlub etməsək Xorvatiya üzərindəki qələbnin heç bir mənası qalmayacaq". Qeyd edək ki Macarıstan Xorvatiyanı 2-1 hesabı ilə məğlub edib.