25.03.2019 15:36
664
664

"Kardif Siti" təyyarə qəzasında həyatını itirən Emilyano Sala üçün "Nant" klubuna verməli olduğu 17 milyon avronu ödəməyəcəklərini bildirib. Cempion.az xəbər veir ki, klub rəsmiləri bu məbləği ödəməyəcəkləri haqqında FİFA-ya rəsmi olaraq müraciət ediblər. Qeyd edək ki, "Kardif Siti" Emiliano Salanı "Nant"dan 17 milyon avroya transfer etmişdilər. Futbolçu Fransadan İngiltərəyə qayıdarkən təyyarə qəzasında dünyasını dəyişib.