26.03.2019 10:16
492


Millimizin baş məşqçisi Nikola Yurçeviç Bakıda Litva ilə yoxlama oyunundan sonra mətbuat konfransı keçirib. Cempion.az xəbər verir ki oyunu dəyərləndirən Yurçeviç: “Maraqlı və yaxşı oyun keçdi. Komandam qələbə qazanmaq üçün hər şeyi etdi. Birinci hissədə daha yaxşı oynadıq, qol vurmaq üçün imkanlar yaratdıq. İkinci hissədə bir neçə dəyişik etdik və nəticədə oyunun ritmini itirdik. Xorvatiya ilə ağır oyundan sonra bu gün futbolçulardan razı qaldığımı deyə bilərəm. Əvvəlcədən demişdik ki, qələbə qazanmaq istəyirik. Çünki qələbə komandada özünəinamı artıracaqdı. Eyni zamanda digər futbolçuları da iş başında yoxlamağı düşünürdük və buna nail olduq. Oyun zamanı bəzi futbolçuları isə fərqli mövqelərdə sınadıq. Çalışmalıyıq ki, gələcək oyunlarda şanslarımızdan daha yaxşı istifadə edək. Yenə deyirəm, matça hücumameyilli futbolçularla başladıq, əvəzetmədən də hücumçuları oyuna qoşduq. Məqsədimiz daha yaxşı oynamaq, nəticələr əldə etməkdi. Qarşıda Macarıstan və Slovakiya ilə oyunlarımız var. Əlbəttə, hər iki oyunda qələbə qazanmaq istəyirik”. Qeyd edək ki, Milli komandamız Litva ilə yoxlama oyunundan qolsuz bərbabərliklə ayrılıb 0-0.