26.03.2019 13:05
680
680

"Real Madrid" yeni mövsüm üçün transfer hazırlıqlarını davam etdirir. Cempion.az xəbər verir ki, Kral klubu baş məşqçi Zidanın da istədiyi "Liverpul"un futbolçusu Sadio Maneni heyətinə qatmaq niyyətindədir. Klub rəhbərliyi futbolçu üçün istənilən məbləği ödəməyə hazır olduğunu bildirib. Klubu və futbolçu ilə razılıq əldə olunacağı təqdirdə Mane növbəti mövsümdən "Real Madrid"də çıxış edəcək.