26.03.2019 13:37
530


"Çelsi"nin fransalı ulduz futbolçusu Nqolo Kante haqında çıxan transfer xəbərlərinə münasibət bildirib. Cempion.az xəbər verir ki, hal-hazırda bütün fikrinin "Çelsi"də olduğunu bildirən Kante: "İndi "Çelsi"dəyəm və haqqımda çıxan heç bir xəbərlə maraqlanmıram. Zidan və "Real Madrid" məni istəsə belə hal-hazırda bu mənim üçün vacib deyil. Qarşıda Avroliqa və Premyer Liqa oyunlarımız var və mən bunlar haqqında düşünürəm".