27.03.2019 09:15
943

“Barselona”nın və Argentina millisinin hücumçusu Lionel Messi 7 min avro dəyərində yeni mobil telefon əldə edib. Cihazın yüksək dəyərinə 24 karat qızılla emalı təsir göstərdi. Messinin seçimi 1300 avro dəyərində olan yeni iPhone XSMax oldu, amma bu, onun üçün kifayət deyildi. Cempion.az ens.az-a istinadən xəbər verir ki, argentina futbolçusu qızıl çərçivəli telefon sifariş verdi, onun arxa panelində “Barselona”, Argentina millisinin gerbləri, 10 nömrəsi (onun oyun nömrəsi, həmçinin həyat yoldaşı və uşaqlarının adları) oyuldu. Messinin bütün bu istəkləri telefonun dəyərini ən azı 3 dəfə qaldırdı.