çərşənbə, 09 iyul 2025

DÜNYA FUTBOLU

Cenk Tosun "Everton"dan ayrılır?

27.03.2019 13:56 Oxundu 540

Türkiyə millisinin və "Everton"nun futbolçusu Cenk Tosun gələcək karyerası haqqında jurnalistlərə açıqlama verib. Cempion.az xəbər verir ki, hələki Türkiyə klublarında oynmaq fikri olmadığını deyən gənc hücumçu: "Türkiyəndən gələn təklifləri dəyərləndirmirəm. İspaniyadan və İngiltərədən təkliflər alıram. Klubuma "istəyirsiniz başqa klubda icarəyə oynayın daha gücülü qayıda bilərəm" dedim. Ancaq onlar mənə ehtiyacı olduqlarını bildirdilər. Mən də hal hazırda bütün fikrimi "Everton"dakı oyunuma yönəltmişəm. Təbii ki, milli komandada da əlimdən gələnin ən yaxşılarını edəcəm".